Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 12:06 | Baxılıb: 1112
Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“omrum.az” xəbər verir ki, rayonun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisindəki keçiddə üzərində yük avtomobilini daşıyan evakuatorla qatar toqquşub.

Nəticədə evakuatorun sürücüsü 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov xəsarətlər alıb. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.