Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şadlıq evindən 22 min manatlıq oğurluq etdilər - Foto
 
						Şadlıq evindən 22 min manatlıq oğurluq etdilər 
							 - Foto
Əlavə olunub: 03.21.2025 | 11:16 | Baxılıb: 2272
Siyəzəndə şadlıq evindən  22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

“omrum.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Məlumata görə onlar şadlıq evinə 22200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.