Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sağ qalan sərnişin qəzadan danışdı
 
						Sağ qalan sərnişin qəzadan danışdı
Əlavə olunub: 06.12.2025 | 22:22 | Baxılıb: 9596
Xəbər verdiyimiz kimi, Hindistanın qərbində qəzaya uğrayan “Air India” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin bir sərnişini sağ qalıb.

“omrum.az” xəbər verir ki, sağ qalan sərnişinin Britaniya vətəndaşı Vişvas Kumar Rameş olduğu müəyyən edilib.

Onun adı və yeri həm səlahiyyətli orqanlar tərəfindən açıqlanan siyahıda, həm də minmə talonunda aydın şəkildə göstərilib. Vişvas hazırda xəstəxanada tibbi müayinə və müalicə alır.

Jurnalistlərə verdiyi qısa müsahibədə Vişvas qəza anlarını belə xatırlayıb:

“Təyyarə havaya qalxdıqdan 30 saniyə sonra yüksək səs gəldi və sonra hadisə baş verdi. Hər şey bir anda oldu”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.