
“omrum.az” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-8-də baş tutacaq səfər çərçivəsində Ş.Şərif Bakıda Zəfər Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.
Bununla yanaşı, Pakistan Baş naziri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.