Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şahdağa dolu düşüb
 
						Şahdağa dolu düşüb
Əlavə olunub: 08.08.2025 | 09:59 | Baxılıb: 825
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “omrum.az”ya verilən məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.

Avqustun 7-də saat 16:38-16:46 radələrində Şahdağa diametri 4 mm olan dolu düşüb.

Avqustun 7-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-də 41 dərəcəyədək isti qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.