“omrum.az” xəbər verir ki, bu haqda E1.RU portalı məlumat yayıb.
Bildirilir ki, bu barədə Moskvanın Basmannı məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Şahin Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.
Xatırladaq ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.