
Bu barədə “omrum.az”ya Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.
O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.