Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sammitlə bağlı Füzuliyə gəldilər - Yenilənib
 
						Sammitlə bağlı Füzuliyə gəldilər 
							 - Yenilənib
Əlavə olunub: 07.04.2025 | 09:42 | Baxılıb: 7417
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə yola düşüb.

“omrum.az” xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Tacikistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

Rəhmonu səfərdə xarici işlər naziri, köməkçiləri və digər rəsmi şəxslər müşayiət edəcək.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən gün Azərbaycana səfər ediblər.

***

Tacikistan Prezidenti Emoməli Rəhmon İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Prezidentini elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Qazaxıstan Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Baş nazirini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.