Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sandu Zurabişvilini təltif etdi
 
						Sandu Zurabişvilini təltif etdi
Əlavə olunub: 05.26.2025 | 21:25 | Baxılıb: 1466
Moldova Prezidenti Maya Sandu Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvilini Respublika ordeni ilə təltif edib.

“omrum.az” xəbər verir ki, fərman Gürcüstanın Müstəqillik Gününü qeyd etdiyi mayın 26-da dərc edilib.

Prezidentin fərmanında qeyd edildiyi kimi, Zurabişvili “demokratik dəyərlərin qorunmasına, vətəndaşların ləyaqətinin, insan hüquqlarının və sülhün qorunub saxlanmasına və təşviqinə, habelə Gürcüstanın Avropa gələcəyi üçün apardığı mübarizəyə görə” Respublika ordeni ilə təltif edilib.

Qeyd edək ki, Respublika ordeni Moldovanın ali dövlət mükafatıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.