Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 23:15 | Baxılıb: 1058
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanın əldə olunmasına çox yaxın olduqlarını bildirib.

“omrum.az” xəbər verir ki, o bu barədə Ağ Evdə keçirilən mərasim zamanı deyib. 

“Düşünürəm ki, sazişə çox yaxınlaşmışıq”, – deyə Tramp qeyd edib.

O, Ukrayna münaqişəsinin həllini əvvəl daha asan proses hesab etdiyini, lakin bütün çətinliklərə baxmayaraq, ABŞ-nin danışıqlarda ciddi irəliləyiş əldə etdiyini söyləyib.

Xatırladaq ki, bundan əvvəl “CBS News” xəbər vermişdi ki, Ukrayna rəhbərliyi Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planının əsas müddəaları ilə razılaşıb. Bununla belə, mənbənin sözlərinə görə, sənədin bir neçə bəndi üzərində hələ də işlənilməsi tələb olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.