Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 18:58 | Baxılıb: 1240
Bu gün I Liqanın 9-cu turu çərçivəsində“ASCO Arena”da keçirilmiş “Səbail” - “Cəbrayıl” oyunundan sonra “Səbail” PFK-nın İdarə Heyətinin iclası keçirilib.

“omrum.az” xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilib ki, toplantıda İdarə Heyətinin üzvləri ilə yanaşı, klubun məşqçi heyəti də iştirak edib və mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.

İclasda baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib. Toplantının sonunda Elvin Məmmədovun istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.