Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polislərin - Fotoları
 
						Səfərov qardaşlarının qətlində əli olduğu deyilən rus polislərin 
							 - Fotoları
Əlavə olunub: 07.02.2025 | 10:01 | Baxılıb: 7375
Günlərdir ölkə gündəmini zəbt edən azərbaycanəsilli şəxslərə qarşı hücumda iştirak etdiyi ehtimal edilən Rusiya polislərinin fotoları yayılıb.

“omrum.az” xəbər verir ki, bu barədə Rusiyanın “Evocation” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, bunlar polis mütəşəkkil cinayətkar qrupunun rəhbəri polkovnik Viktor Poznyak (1984-cü il təvəllüdlü), onun müavini və istintaq idarəsinin rəisi polkovnik Nikolay Poçayevets (1981-ci il təvəllüdlü), Poznyakın digər müavini polkovnik-leytenant Rafael Xamidulin (1984-cü il təvəllüdlü) və Poznyakın kadrlarla iş üzrə müavini Aleksandr Smirnıxdır (1990-cı il təvəllüdlü).

Qeyd olunur ki, həmin polis zabitləri məhz ölümlə nəticələnən hadisədə vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə məsuliyyət daşıyırlar.

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə zamanı 2 azərbaycanlı - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.