Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəhid ataları vəfat etdi - Foto
 
						Şəhid ataları vəfat etdi 
							 - Foto
Əlavə olunub: 03.04.2025 | 09:28 | Baxılıb: 2860
Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib.

“omrum.az” xəbər verir ki, şəhidin atası Dadaş Quliyev yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

1992-ci il təvəllüdlü Kamran Quliyev 2020-ci ilin oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Vətən müharibəsi şəhidi Xəqani Cəmillinin atası Mənsuz Cəmilov isə Yevlax rayonunda xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Xəqani Cəmilli də Füzuli döyüşlərində şəhid olub. O, 1 oktyabr 2020-ci ildə həlak olub və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fotoda şəhid Kamran Quliyev

Fotoda şəhid Xəqani Cəmilli

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.