Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səhifə yaradıb dələduzluq etdi - Video
 
						Səhifə yaradıb dələduzluq etdi 
							 - Video
Əlavə olunub: 04.04.2025 | 10:31 | Baxılıb: 1914
Sosial şəbəkələrdə kiberdələduzluq edən şəxs saxlanılıb.

“omrum.az” xəbər verir ki,  polisin İsmayıllıda keçirdiyi tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq pulunu ələ keçirən 30 yaşlı Ceyhun Məmmədov saxlanılıb.

Bildirilib ki, o, instaqramda “medine.invest” adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib. C.Məmmədov barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, polis dəfələrlə vətəndaşlara müraciət edərək sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən elanlara inanmamağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.