Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəkidə ağır qəza - Ölənlər var-Foto
 
						Şəkidə ağır qəza 
							 - Ölənlər var-Foto
Əlavə olunub: 03.19.2025 | 12:22 | Baxılıb: 2594
Bu gün saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəkidən keçən hissəsində ağır yol qəzası baş verib.

“omrum.az"in məlumatına görə, yolun Suçma kəndindən keçən hissəsində “VAZ-2106” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”dakı 1977-ci il təvəllüdlü sərnişin, Zaqatala rayon sakini Vüqar Ramazanov və “Mercedes”in 1992-ci il təvəllüdlü sürücüsü, Şəki şəhər sakini Allahyar Qəhrəmanov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

“VAZ-2106”nın sürücüsü 43 yaşlı Qəşəm Mustafazadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.