Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur - Foto
 
						Seldə həlak olanlardan biri sabiq deputatın bacısı oğludur 
							 - Foto
Əlavə olunub: 04.17.2025 | 17:29 | Baxılıb: 9578
Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub.

“omrum.az"in əldə etdiyi məlumata görə, dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur.

Mərhum bu gün dəfn edilib.

Qeyd edək ki, İ.Yusifov uzun illər neftçıxarma sənayesində çalışıb. N.Məmmədov da “Siyəzən Oil” neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı, Salyan rayon sakini 63 yaşlı Etibar Hafiz oğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.