Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkir sakini yanaraq öldü
 
						Şəmkir sakini yanaraq öldü
Əlavə olunub: 05.27.2025 | 12:00 | Baxılıb: 1531
Şəmkir sakini yanaraq ölüb.

“omrum.az” xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.