Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
 
						Şəmkirdə 2 milyonluq yeyinti 
							 - Direktor həbs edildi
Əlavə olunub: 05.22.2025 | 09:54 | Baxılıb: 8971
“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

Sail Ağasəlim


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.