Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şəmkirdəki hadisə ilə bağlı cinayət işi açıldı
 
						Şəmkirdəki hadisə ilə bağlı cinayət işi açıldı
Əlavə olunub: 08.07.2025 | 10:54 | Baxılıb: 1663
Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.

“omrum.az” xəbər verir ki, idarə hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

Qeyd edilib ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.