Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
SEPAH-ın kəşfiyyat rəisi və müavini həlak oldu - Yenilənib
 
						SEPAH-ın kəşfiyyat rəisi və müavini həlak oldu 
							 - Yenilənib
Əlavə olunub: 06.15.2025 | 23:51 | Baxılıb: 6414
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəisi Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin qurumun binasına hücumu zamanı dağıntılar altında qalıb.

“omrum.az” xəbər verir ki, bu barədə “İran International” məlumat yayıb.

Məlumata görə, onlar İsrailin Kəşfiyyat Təşkilatının binasına təşkil etdiyi hücum nəticəsində dağıntılar altında qalıblar.

Yüksək rütbəlilərin sağ olub-olmaması məlum deyil.

***

İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News”a deyib ki, kəşfiyyat rəisi və müavini öldürülüb.

Qeyd edək ki, onların ölümü ilə bağlı İran rəsmiləri hələlik dəqiq açıqlama yaymayıblar.

***

SEPAH-ın açıqlamasında bildirilib ki, kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin təcavüzü nəticəsində bir neçə komandirlə birlikdə həlak olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.