Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 12:49 | Baxılıb: 1640
“Neftçi”nin kamerunlu futbolçusu Vensan Abubakar keçmiş klubu “Beşiktaş”ın məşqçisi Sergen Yalçın haqda qalmaqallı açıqlama verib.

“omrum.az” xəbər verir ki, o bu barədə türkiyəli idman jurnalisti Ertem Şenerin “Adam Adama” adlı yutub kanalına verdiyi müsahibədə danışıb. 

Futbolçu bildirib ki, “Beşiktaş”ın o vaxtkı çempionluğunun səbəbi məşqçi yox, futbolçular olub: “Sərgən Yalçınla çempion olduğumuz dönəmdə onu bacaran biz idik. Həmin kuboku meydanda mübarizə aparan futbolçular qazandı. Ona qalsa, məşqçi indi də eynidir. Hətta “Beşiktaş”ın indiki heyətində daha böyük adlar var. Bacarırsa, Sergen Yalçın yenə çempionluq qazansın, görək”. 

Onun bu açıqlaması Türkiyə mediasında geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, S.Yalçın 2020/21 mövsümündə “Beşiktaş”ı çalışdırıb. “Qara qartallar” bu periodda Türkiyə çempionu olub və ölkə kubokunu qazanıblar. Bundan sonra o yenidən cari ilin avqust ayında klubun baş məşqçisi təyin edilib. 

Daha ətraflı videoda: 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.