
“omrum.az” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə hökm oxunub.
Hökmə əsasən, Ə.Səricanov dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əbülfəz Səricanov DTX tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) maddəsi ilə ittiham elan olunub. Cinayət işinin materiallarına əsasən, Səricanov bir neçə dövlət və ictimai xadimin həyatına sui-qəsd hazırlayıb. DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət planının qarşısı vaxtında alınıb. Toplanmış sübutlar məhkəməyə göndərilib.
Əbülfəzin atası Azər Səricanov isə Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilib.
Sail Ağasəlim
Fotoda: Azər Səricanov