Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sərnişin avtobusu yol kənarındakı maşınları əzdi - Video
 
						Sərnişin avtobusu yol kənarındakı maşınları əzdi 
							 - Video
Əlavə olunub: 03.14.2025 | 13:46 | Baxılıb: 6059
Paytaxtın Xətai rayonu ərazisində “Bakubus” avtobusu qəza törədib.

“omrum.az” Ölkə.az-a istinadən xəbər verir ki, hadisə “Həzi Aslanov” metro stansiyasının qarşısında qeydə alınıb.

“BakuBus” MMC-dən bildirilib ki, bu gün saat 10:20 radələrində 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, dövlət qeydiyyat nişanlı 90JY786 avtobusun iştirakı ilə Məhəmməd Hadi küçəsi, 298 ünvanında yol nəqliyyat hadisəsi baş verib:

“Nəqliyyat vasitəsini idarə edən sürücü Təhməzov Raminin verdiyi ilkin məlumata əsasən, avtobus hərəkət zamanı ehtiyatsızlıq səbəbindən yol kənarında dayananan digər nəqliyyat vasitələri - 10KR201 və 77HS309 dövlət qeydiyyat nişanlı avtomobilləri zədələyib. Bununla bağlı aidiyyəti qurumlara məlumat verilib və lazımi araşdırmalara başlanılıb”.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.