Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şərurlu İsfəndiyar məhkəməyə gəldi - Foto
 
						Şərurlu İsfəndiyar məhkəməyə gəldi 
							 - Foto
Əlavə olunub: 05.13.2025 | 15:23 | Baxılıb: 13289
Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı növbəti məhkəmə prosesi keçirilir.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən iş adamı Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.