Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sərxoş halda pilləkəndən yıxılan 26 yaşlı oğlan öldü
 
						Sərxoş halda pilləkəndən yıxılan 26 yaşlı oğlan öldü
Əlavə olunub: 02.19.2025 | 09:40 | Baxılıb: 2758
Ötən gecə Daşkəsəndə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“omrum.az” xəbər verir ki, saat 22 radələrində Vəliyev Emin Nizami oğlu sərxoş vəziyyətdə yaşadığı binanın pilləkənindən yıxılıb.

Belə ki, 26 yaşlı Emin Daşkəsən şəhəri Səməd Vurğun küçəsi 15 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının blokunda pilləkənləri qalxarkən müvazinətini itirib. Nəticədə o, yuvarlanaraq 2-ci mərtəbədən 1-ci mərtəbəyə düşüb.

Gənc oğlan aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.