Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sərxoş vəziyyətdə avtobus sürdü - Həbs edildi
 
						Sərxoş vəziyyətdə avtobus sürdü 
							 - Həbs edildi
Əlavə olunub: 08.09.2025 | 10:31 | Baxılıb: 1515
Ekoloji nəzarət postunda “Hyundai” markalı, 48-AC-144 dövlət qeydiyyat nişanlı avtobus nəzarət qaydasında saxlanılıb.

“omrum.az” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Abşeron rayonu sakini İsrafil Quliyevin alkoqollu içki qəbul etməsinə əsaslı şübhələr yaranıb.

Sürücünün tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə nəticəsində onun sərxoş vəziyyətdə olduğu təsdiqlənib.

Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə  İ.Quliyev sürücülük hüququ məhdudlaşdırılmaqla 15 sutka müddətində inzibati qaydada həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.