Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Səsboğucuya müdaxilə edən motosiklet sürücüləri saxlanıldı - Foto
 
						Səsboğucuya müdaxilə edən motosiklet sürücüləri saxlanıldı 
							 - Foto
Əlavə olunub: 05.05.2025 | 15:29 | Baxılıb: 1641
Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi tədbirlər keçirilir.

“omrum.az” xəbər verir ki, növbəti tədbir zamanı yüksək səslə küçə və prospektlərdə hərəkət edərək şəhər sakinlərinin haqlı narazılığına səbəb olan motosiklet və moped sürücüləri saxlanılıblar. Texniki müayinə zamanı həmin nəqliyyat vasitələrinin bir çoxunun səsboğucularına sürücüləri tərəfindən qəsdən müdaxilə edildiyi aşkarlanıb.

Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan həmin şəxslər barəsində inzibati tədbirlər görülüb.

Yol polisi bildirib ki, yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Sumqayıt şəhərində insanların istirahətini bilərəkdən pozan, neqativ hərəkətlərə yol verən bu tipli moped və motosiklet sürücülərinə qarşı tədbirlər davam etdiriləcək.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.