Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
 
						Sevgilisinin saçını qırxan kişi 
							 - Həbs edildi
Əlavə olunub: 05.07.2025 | 10:34 | Baxılıb: 7637
Masallı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına qarşı zorakılıq əməlləri törətmiş şəxs həbs edilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə mayın 2-də Masallı şəhəri Hakimiyyət küçəsindəki evdə baş verib.

1981-ci il təvəllüdlü Anar Məmmədli qeyri-rəsmi nikahda yaşadığı Gülər Səmədovanı (ad-soyad şərtidir) döyərək əl-qolunu bağlayıb. O, ülgüclə G.Səmədovanın saçını qırxıb.

G.Səmədova gecə saat 23 radələrində ona qarşı törədilmiş hadisə ilə bağlı polisə müraciət edib. Təxminən 3 saat sonra A.Məmmədli saxlanılıb. O, saxlanılarkən müqavimət göstərərək səs-küy salıb, ünvansız söyüşlər söyməyə başlayıb.

Anar barəsində inzibati protokol tərtib edilib və Masallı Rayon Məhkəməsinə göndərilib. A.Məmmədli məhkəmədə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. 

Məhkəmənin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, hazırda həmin şəxsin qadına qarşı hüquqazidd əməli ilə bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.