Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.29.2025 | 19:11 | Baxılıb: 5833
“Qarabağ”ın futbolçusu Mateuş Silva UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” görüşündə Marko Yankoviçlə aralarında baş verən mübahisədən danışıb.

O, “omrum.az”ya açıqlamasında bildirib ki, həmin epizodda ciddi bir şey yox idi.

“Həmişə baş verən situasiyalardır. Hər şey həll olunub, hər şey qaydasındadır”, - o qeyd edib.

Qeyd edək ki, sözügedən oyunda italyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun futbolçuları Marko Yankoviç və Mateuş Silva arasında mübahisə düşüb. Komanda yoldaşları futbolçuları sakitləşdiriblər.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.