
“omrum.az” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bratislavada rəsmi ziyafətdə çıxışı zamanı bildirib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir: “Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir.
Slovakiyadan aldığımız xüsusi avadanlıq insan həyatını xilas etməyə, sağlamlığı qorumağa imkan yaradır. Əfsuslar ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi bitdikdən sonra 400-dən artıq insan minalara görə öz həyatını itirib, yaxud ciddi yaralanıb. Sizdən aldığımız avadanlıq, həqiqətən, insan həyatını qoruyur”.