Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
SOCAR-ın Odessadakı neft bazası ciddi dağıntılara məruz qalıb - Video
 
						SOCAR-ın Odessadakı neft bazası ciddi dağıntılara məruz qalıb 
							 - Video
Əlavə olunub: 08.18.2025 | 10:57 | Baxılıb: 3121
Xəbər verdiyimiz kimi, avqustun 18-nə keçən gecə Ukraynanın Odessa vilayətində SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları ilə hücum edilib. 

“omrum.az” APA-ya istinadən xəbər verir ki, SOCAR-a məxsus neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb.

Bir neçə birbaşa zərbədən sonra ərazidə yanğın baş verib.

Nəticədə 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.

Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.

Hazırda dəymiş ziyanın miqdarı müəyyən edilir, ekspertiza təyin olunub və təcili bərpa işləri aparılır.

Xatırladaq ki, bu, obyektə ikinci kütləvi hücumdur. Avqustun 8-də də həmin neft bazasına təxminən 10 PUA buraxılmış, nəticədə qismən dağıntılar baş vermişdi. Faktla bağlı cinayət işi açılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.