Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.04.2025 | 06:40 | Baxılıb: 3058
Məşhur türkiyəli aparıcı Burcu Esmersoy iştirak etdiyi bir tədbirdə jurnalistlərə verdiyi açıqlama ilə həm medianı, həm də sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

“omrum.az” xəbər verir ki, 49 yaşlı Esmersoy 6 ildir təqaüdə çıxdığını bildirib.

“Təqaüdə çıxmışam. Əslində, hər bir təqaüdçünün etdiyi şeyləri edirəm”, - o qeyd edib.

Esmersoy daha sonra ən çox müzakirə olunan detalı açıqlayıb:

“Artıq düz 6 ildir təqaüdçüyəm. Bizim bir dost qrupumuz var, hamımız təqaüddəyik. Erkən təqaüdə çıxdığım üçün çox xoşbəxtəm”.

Hər zaman formada görünməsi ilə tanınan Burcu Esmersoyun bu etirafı qısa müddətdə sosial mediada müzakirələrə səbəb olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.