“omrum.az” xəbər verir ki, bu barədə müvafiq qanunu ölkə Prezidenti Emoməli Rəhmon imzalayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə bəyənmə və digər reaksiyalara görə cinayət cəzası Tacikistanda 2018-ci ildə tətbiq edilib.
Həmin vaxt respublikada “Terrorçuluq cinayətlərinin törədilməsinə ictimai çağırışlar və (və ya) terror fəaliyyətinə ictimai bəraət qazandırılması haqqında” qanuna dəyişikliklər qəbul edilib. O cümlədən, qanunun mətninə “İnternetdə” ifadəsi əlavə edilib.
2024-cü ildə Prezident Rəhmon sosial şəbəkələrdə bəyənmələrə görə cinayət işinin başlanması praktikasını, eləcə də sosial şəbəkələrdəki materialların sübut kimi istifadəsini tənqid edib.