Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.18.2025 | 00:46 | Baxılıb: 2036
Rusiyanın sabiq müdafiə naziri, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyquya qarşı sui-qəsdin qarşısı alınıb.

“omrum.az” xəbər verir ki, bu haqda “Moskovski Komsomolets” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, sui-qəsdi Şoyqunun Moskvadakı Troekurovskoye qəbiristanlığında qohumlarının dəfn olunduğu yerə getməyi planlaşdırarkən baş tutacaqmış.

Bildirilir ki, FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi noyabrın 14-ü səhər saatlarında təxribatçıların həbs olunduğunu açıqlayıb.

Qeyd edək ki, noyabrın 17-də Rusiya Prezidenti Vladimir Putin təxribat əməllərinə görə cəzaları sərtləşdirən qanunu imzalayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.