
“omrum.az” xəbər verir ki, bununla bağlı “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Son bir həftə ərzində Baş nazirin komandası Stritinqin fəal şəkildə çevriliş hazırladığına dair yeni məlumat əldə edib”, - xəbərdə deyilir.
Kir Starmerin tərəfdarları hesab edirlər ki, onu vəzifədən kənarlaşdırmaq cəhdi hökumətin maliyyə sabitliyini sarsıda bilər.
Qeyd edək ki, Starmer 2024-cü ildən Baş nazir vəzifəsini icra edir.