
“omrum.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi tərəfdarları stadiona erkən gəlməyə çağırıb.
Bildirilib ki, oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-u saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.