Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.25.2025 | 11:56 | Baxılıb: 1577
Bakıda su nasosunda gizlədilmiş narkotik tapılıb.

“omrum.az” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, Penitensiar Xidmətin və DİN əməkdaşlarının keçirdiyi tədbir nəticəsində həbs olunmuş şəxs tərəfindən azadlıqda olarkən narkotik gizlədilməsi halı müəyyənləşdirilib.

Fakt üzrə keçirilən əməliyyat tədbiri ilə Bakı şəhər Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində su nasosu mühərrikinin arxasında gizlədilmiş ümumi çəkisi 181,14 qram qurudulmuş marixuana və 3 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.