Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sülh sazişi paraflandı - Mətni bu tarixdə açıqlanacaq
 
						Sülh sazişi paraflandı 
							 - Mətni bu tarixdə açıqlanacaq
Əlavə olunub: 08.09.2025 | 09:15 | Baxılıb: 4709
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar.

“omrum.az” xəbər verir ki, eyni zamanda, XİN rəhbərləri Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.

Ermənistan XİN-in yaydığı məlumata əsasən, tərəflərin parafladığı sülh sazişinin mətni avqustun 11-i axşam dərc olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.