Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
 
						Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə 
							 - 21 nəfər xəstəxanalıq oldu
Əlavə olunub: 04.21.2025 | 17:22 | Baxılıb: 4240
Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzindən “omrum.az"in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Mərkəzin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.

“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda vurğulanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.