Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sumqayıtda maşın aşdı - 12 yaşlı oğlan öldü
 
						Sumqayıtda maşın aşdı 
							 - 12 yaşlı oğlan öldü
Əlavə olunub: 06.07.2025 | 13:23 | Baxılıb: 2810
Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.

“omrum.az” “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2013-cü il təvəllüdlü Hüseyn Həsən oğlu Canaliyev hadisə yerində həlak olub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.