Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sürücülük hüququ olmadan maşın sürürdü, 10 sutkalıq həbs edildi - Foto
 
						Sürücülük hüququ olmadan maşın sürürdü, 10 sutkalıq həbs edildi 
							 - Foto
Əlavə olunub: 08.05.2025 | 17:32 | Baxılıb: 4484
Ağdamda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs həbs olunub.

“omrum.az” xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı istifadəsi qadağan olunan xüsusi sayrışan işıq cihazları ilə təchiz olunan “VAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücü – rayon sakini İlhami Nəsibovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi müəyyən edilib. Həmin şəxs polisin qanuni tələbinə tabe olmayaraq məsuliyyətdən yayınmağa çalışıb. O, saxlanılaraq şöbəyə gətirilib, avtomobil müvəqqəti duracağa yerləşdirilib.

İ.Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

Məlumatı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan təsdiqləyiblər.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.