Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şuşanın işğalı zamanı dediyi sözləri dandı
 
						Şuşanın işğalı zamanı dediyi sözləri dandı
Əlavə olunub: 05.22.2025 | 19:30 | Baxılıb: 4952
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın da iştirak etməsi etirafını əks etdirən videomaterial nümayiş olunub.

“omrum.az” xəbər verir ki, videomaterialda L.Mnatsakanyan deyir:

“Şuşanı tutan zaman Aşot Qulyanın bölüyündə olmuşam. Bizim bölüyümüz onların bölüyünün sol tərəfində fəaliyyət göstərirdi - Şuşa qalası istiqamətində. Bizim bölüyümüz onların bölüyü ilə sıx əməkdaşlıq edirdi. Əsas cəbhənin yarılması mərkəzi və sol hissədə idi”.

Dövlət ittihamını müdafiə edən prokurorların videomaterial barədə sualını cavablandıran Levon Mnatsakanyan kadrlarda dediyi sözləri inkar edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 23-də davam etdiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.