Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
 
						Taksidə mübahisə qanla bitdi 
							 - Əhməd Məmmədli saxlanıldı
Əlavə olunub: 05.07.2025 | 11:15 | Baxılıb: 5492
Biləcəridə mübahisə bıçaqlanma ilə nəticələnib.

“omrum.az” APA-ya istinadən xəbər verir ki, hadisə mayın 6-da saat 22 radələrində Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində baş verib.

Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü, Cəlilabad rayonunda anadan olmuş Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayion Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə səbəb taksidə yer üstündə mübahisə olub.

Saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.