Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.06.2025 | 15:32 | Baxılıb: 10385
Bakının mərkəzində qətl törədilib.

“omrum.az"in əldə etdiyi məlumata görə, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub.

Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qətlə yetirilən Yasin İbadovun cinsi azlıq nümayəndəsi olduğu bildirilib. O bu ilin yayında Türkiyədən Azərbaycana gəlib və burada əməliyyat olunubmuş.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.