Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.24.2025 | 19:25 | Baxılıb: 592
Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla telefonla danışıb.

“Qafqazifno” xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı iki lider Cənubi Koreyadakı görüşlərinin nəticələrini müzakirə edib və bərabərlik, hörmət və qarşılıqlı fayda mövqeyinə riayət etmək və əməkdaşlıq sahələrini genişləndirmək barədə razılığa gəliblər.

Si Cinpin Çinin Tayvan məsələsində prinsipial mövqeyinə aydınlıq gətirib və vurğulayıb ki, “Tayvanın Çinə qaytarılması müharibədən sonrakı dünya nizamının mühüm elementidir”.

İki dövlət başçısı Ukraynada vəziyyəti də müzakirə edib.

Si Cinpin vurğulayıb ki, Çin sülhün əldə edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir və ümid edir ki, tərəflər fikir ayrılıqlarını aradan qaldırmağa davam edəcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.