Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2025 | 09:00 | Baxılıb: 1191
Türkiyənin İstanbul şəhərində gənclər arasında Avropa Kuboku start götürüb. 

“omrum.az” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan cüdoçuları aktivlərinə 3 medal yazdırıblar. 

66 kq çəki dərəcəsində tatamiyə çıxan Nizami İmranov bütün rəqiblərindən üstün olaraq qızıl medalı boynundan asıb. O, finalda özbəkistanlı Dilşodbek Hamroyevə qalib gəlib.

60 kq çəkidə isə iki idmançımız üçüncü yeri tutub. Nihad Məmişov və Fərid Qarayev yarımfinalda uduzsalar da, bürünc qazanmaq şanslarını qaçırmayıblar.

Qeyd edək ki, ölkəmiz turnirdə 38 cüdoçu ilə təmsil olunur.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.