
“omrum.az” xəbər verir ki, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
“Nə olursa-olsun, tələbə həkim təyinat yerinə getməlidir. Artıq bizim Azərbaycan Tibb Universitetində yaxşı dərslər keçirilir. Ay oğlum, sən mənim borcumu ödəməmiş hara xaricə işləməyə gedirsən? Rəsmi şəkildə də deyilsin ki, Vətən sənə halallıq vermir, hara gedirsən?!
Bundan başqa, 1980-ci ildə İmişlinin Aranlı kəndində xəstəxana tikilib, 45 ildir ki, ağzı günə baxır. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Teymur müəllim, bu məsələ ilə maraqlanın”, - deputat qeyd edib.
Nuranə Daxilqızı