Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.28.2025 | 08:07 | Baxılıb: 2845
Türkiyəyə ilk səfərini başa vuran Papa XIV Leo geri dönərkən gözlənilməz bir hədiyyə ilə qarşılaşıb.

“omrum.az” xəbər verir ki, səfəri işıqlandıran “CBS News”un müxbiri Kris Layvsay Papaya Çikaqo “White Sox” komandasının əfsanəvi oyunçusu Nelli Foksa məxsus orijinal beysbol dəyənəyini təqdim edib.

Hadisə Layvsay və Papa XIV Leo eyni təyyarə ilə geri qayıdarkən baş verib. Jurnalist xüsusi tarixi dəyər daşıyan dəyənəyi Papaya təqdim edərkən həmin an kameralara əks olunub. Papa hədiyyəni məmnuniyyətlə qəbul edib və dəyənəyə diqqətlə baxması sosial şəbəkələrdə geniş maraq doğurub.

Papa XIV Leo-ya təqdim olunan bu tarixi dəyənək həm idman, həm də media ictimaiyyətinin diqqətini çəkib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.