Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
THY-nin Praqaya uçan təyyarəsində gərgin anlar - Video
 
						THY-nin Praqaya uçan təyyarəsində gərgin anlar 
							 - Video
Əlavə olunub: 05.14.2025 | 18:54 | Baxılıb: 5157
Türk Hava Yollarına məxsus təyyarə Praqada eniş edərkən quyruq hissəsi enmə zolağına çırpılıb.

“omrum.az” “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, TK1771 saylı İstanbul-Praqa reysi ilə uçan sərnişinlər eniş zamanı gərgin anlar yaşayıb.

Vatslav Havel hava limanına enən “Airbus A321neo” təyyarəsinin uğursuz eniş etməsinə küləkli hava şəraiti əsas gətirilib.

Pilotlar gözlənilməz təmasdan sonra təyyarəni tez bir zamanda yenidən havaya qaldırıb və ikinci cəhddə enişi uğurla başa vurublar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.