Omrum.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.19.2025 | 23:25 | Baxılıb: 4978
Rusiya Prezidenti Vladimir Putin illik tibbi müayinədən keçdiyini və nəticələrin normal olduğunu bildirib.

“omrum.az” xəbər verir ki, bu barədə “Abzas” teleqram kanalı məlumat yayıb.

Dövlət başçısı “Süni intellekt dünyasına səyahət” adlı konfransda çıxışı zamanı müayinənin demək olar ki, iki gün davam etdiyini deyib. Putinin sözlərinə görə, o həmin gecəni də tibbi müəssisədə keçirib:

“Günün ikinci yarısında getdim və ertəsi gün çıxdım. Şükürlər olsun, hər şey yaxşıdır”.

Xatırladaq ki, V. Putin daha əvvəl də hər il tam tibbi “check-up”dan keçdiyini açıqlamışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.